Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) məzunlarının doğma ali təhsil müəssisəsinin müəllim-inzibati heyətində təmsil olunmaq imkanları ənənəyə çevrilib. Hazırda ATMU-nun çoxsaylı məzunu universitetin bölmə və şöbələrində rəhbər və cavabdeh kadr statusunda fəaliyyət göstərirlər.
Bu günlərdə isə universitetin daha 2 məzunu İranə Məmmədcanova və Aytac Babayeva Beynəlxalq əlaqələr şöbəsində fəaliyyətə başlayıblar.
Qeyd edək ki, 2016-2017–ci tədris ilində Türkiyənin Akdeniz Universitetində “Mövlanə” mübadilə proqramı çərçivəsində təhsil alan tələbə-məzun İranə Məmmədcanova ATMU-nun Beynəlxalq əlaqələr şöbəsində Türkiyə təhsil proqramları üzrə koordinator, Aytac Babayeva isə Avstriya–Azərbaycan Turizm Proqramının Azərbaycan Turizm və Menecment Universiteti üzrə koordinatoru təyin olunub.
Tehsil-press.az