Ağdaşda 3 nömrəli tam orta məktəbin yubileyi keçirilib.
140 illik yubileyi keçirilən Ağdaş şəhəri 3 nömrəli tam orta məktəbi üç əsrin yadigarı adlandırırlar. Azərbaycanda ilk dünyəvi məktəblərdən biri olaraq 1882-ci ildə “Rus-tatar” məktəbi kimi fəaliyyətə başlayıb. 2 sinifdən və 18 şagirddən ibarət olan təhsil ocağında ilk ibtidai təhsillərini alan görkəmli ziyalılar sırasında Bəkir Nəbiyevin, Maqsud Şeyxzadənin, Habil Əliyevin, Bürhan Kərimovun, Yaşar Səlimovun, Ramiz Hacıyevin və onlarla başqa tanınmış, məşhur ziyalıların adlarını çəkmək olar...
Ağdaş şəhəri Habil Əliyev adına musiqi məktəbində təşkil olunan yubiley tədbirində təhsil ocağının direktoru Ələs Novruzov çıxış edərək 140 ildir fəaliyyət göstərən məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzunları haqqında məlumat verib.
Sonra məktəbin məzunu, Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək Azərbaycan təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Deyib ki, bu diqqət ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə imzaladığı onlarla fərman və sərəncamda öz ifadəsini tapıb. Məktəbə, təhsilə diqqət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Millət vəkili pedaqoji kollektivi məktəbin 140 illik yubileyi münasibətilə təbrik edib.
Tədbirdə digər çıxış edənlər də üç əsrin şahidi və yadigarı olan bu təhsil ocağının tarixindən, keçdiyi inkişaf yolundan bəhs ediblər.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyət göstərdiyinə görə bir qrup müəllimə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Fəxri fərman və hədiyyələri verilib.
Sifai SƏFƏROVA