Azərbaycan və Türkiyə universitetləri kibertəhlükəsizliklə bağlı birgə tədqiqatlar aparacaq

Azərbaycan və Türkiyə universitetləri kibertəhlükəsizliklə bağlı birgə tədqiqatlar aparacaq Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfransda iştirak ediblər.
AzTU, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda kafedra əməkdaşları sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələləri, kiber-fiziki sistemlərdə autentifikasiya metodları, sosial şəbəkələrdə yayılmış fişinq hücumları, elektron poçt sistemlərinin təhlükəsizliyi problemləri, informasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirilməsi metodları, sıfır bilik verməklə isbat əsasında kriptovalyutalar və kibertəhlükəsizlik laboratoriyaların qurulmasına yanaşmalar mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrlə bağlı aparılan müzakirələrdə qeyd olunan mövzularda birgə tədqiqatların aparılması təklif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər