Bosniya və herseqovinalı nazir saxlanılıb

Bosniya və herseqovinalı nazir saxlanılıb Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar naziri Miloş Luçiç saxlanılıb.
Bosniya və Herseqovina Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əmri ilə saxlanılan M.Luçiçin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirildiyi bildirilib.
M.Luçiçin ofisində və evində axtarış aparılıb, şübhəlinin törətdiyi cinayətlərlə dövlət büdcəsinə ziyan vurduğu qeyd olunub.

Tehsil-press.az


Oxşar xəbərlər