Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla və bir qrup əməkdaş Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin kollektivi və şagirdləri ilə görüşüb.
Görüş iki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.
Qonaqlar şagirdlərin ingiliscə təqdimatında kompleksdə fəaliyyət göstərən STEAM mərkəzi ilə tanış olublar.
Kompleksin 10 və 11-ci sinif şagirdlərinin hazırladığı “110 kitab” layihəsinin təqdimatı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Daha sonra kompleksin pedaqoji heyəti ilə görüş olub. Görüşdə kompleksin icraçı direktoru Aqşin Bağırov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və digər qonaqlar çıxış ediblər.
Tehsil-press.az