ADNSU tələbələri “BP Azərbaycan” şirkətində iş imkanları barədə məlumatlandırılıb

ADNSU tələbələri “BP Azərbaycan” şirkətində iş imkanları barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “BP Azərbaycan” şirkəti tərəfindən “Tələbə və Məzunların İşə Qəbul proqramı 2023” çərçivəsində Energetika fakültəsinin tələbələri üçün şirkətdə iş və təcrübə imkanlarına dair təqdimat keçirilib.
Tədbirdə şirkətin erkən karyera üzrə müşaviri Mehriban Şıxzamanova tələbə və məzunlar üçün olan iş və təcrübə imkanları, həmçinin müraciət qaydaları ilə bağlı məlumat verib.
Şirkətin Energetika şöbəsinin mühəndislər qrupunun rəhbəri Məzahir İbrahimov və şöbənin əməkdaşı Ruslan Məmmədov aidiyyəti sahə üzrə olan iş şəraiti və prinsipləri, hədəf və məqsədlər barədə danışıblar.
ADNSU-nun Energetika fakültəsinin dekanı dosent Aydın Əliyev “BP Azərbaycan” şirkəti ilə əlaqələrin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılacağını bildirib.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər