Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsinin professor və müəllimləri “Weir Oil and Gas” şirkətində olublar.
Fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov, kafedra müdirləri, professor və müəllimlərin, “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic və “Weir SOS Limited & Weir Solutions FZE” nümayəndəliyinin Azərbaycan və Qazaxıstan üzrə rəhbəri Fərid Ağayevin iştirakı ilə görüş keçirilib. Görüşdə tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçməsi, işə götürülməsi, həmçinin laboratoriya, məşğələ dərslərinin müəssisələrdə təşkili, şirkətin təcrübəli mütəxəssislərinin “dəvətli professor” qismində universitetə dəvət olunması ilə bağlı müzakirələr aparılıb.
Sonda ikitərəfli əməkdaşlıq barədə razılıq əldə edilib.

ADNSU-nun Mətbuat Xidməti