Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP-nin “Tələbələr üçün işə qəbul” proqramı çərçivəsində seminar keçirilib.
Seminarda BP-nin işə qəbul üzrə məsləhətçısı Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinator Səbinə Vəliyeva, eləcə də qazma üzrə mühəndis Yaşar Qazi bu şirkətdə iş təcrübəsi və işə qəbulla bağlı tələbələrə geniş məlumat verib. Həmçinin BP-nin tələbə və məzunlara təqdim etdiyi təcrübə proqramları və müraciət qaydaları izah olunub.
Tədbirdə BP-nin yay təcrübə proqramında iştirak etmiş ADNSU-nun “SABAH” qruplarının geologiya fakültəsinin dördüncü kurs tələbəsi Aydın Şahtaxtinski təcrübə keçdiyi müddətdə gördüyü işlərdən, təcrübə proqramının üstünlüklərindən və gənclərə yaratdığı əvəzsiz iş təcrübəsindən danışıb.
Sonra ADNSU-nun geofizika fakültəsinin magistratura pilləsində təhsil alan Kamran Abbasov BP-də iş mühitindən bəhs edib və karyera təcrübəsini bölüşüb. Vurğulayıb ki, şirkət tələbə və məzunlara karyera imkanları yaradır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Kəmalə Rəhimli