Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsinin professor və müəllimləri “Metak” şirkətində olublar.
Fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov və “Metak” şirkətinin istehsalat direktoru Mübariz Əzizovun iştirak etdikləri görüşdə müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsi barədə geniş müzakirələr aparılıb, transfer texnologiyaları sahəsində birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.
Sonra fakültənin “İlboyu gündəlik təcrübə” layihəsi çərçivəsində “Metak” şirkətində təcrübə keçən 12 tələbə ilə görüş olub.

ADNSU-nun Mətbuat Xidməti