ADNSU-da “Tələbə və məzunların işə qəbul proqramı 2023” çərçivəsində təqdimat olub

ADNSU-da “Tələbə və məzunların işə qəbul proqramı 2023” çərçivəsində təqdimat olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə “BP Azerbaijan” şirkəti tərəfindən “Tələbə və məzunların işə qəbul proqramı 2023” çərçivəsində təqdimat keçirilib.
Tədbirdə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə erkən karyera üzrə baş məsləhətçisi Xədicə İsmayılova və erkən karyera üzrə məsləhətçisi Mehriban Şıxzamanova tələbə və məzunlar üçün olan iş və təcrübə imkanları və müraciət qaydaları ilə bağlı ətraflı məlumat veriblər. Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə logistika aviasiya əməliyyatlarının rəhbəri Anar İskəndərov və digər əməkdaşları fəaliyyət göstərdikləri sahələr üzrə iş prinsipi, hədəf və məqsədlər barədə danışıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər