İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri AzTU-da

İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri AzTU-da İsrailin Texnion Universitetinin Nəqliyyat Tədqiqatları İnstitutunda tədqiqat qrupunun rəhbəri, Ruppin Akademik Mərkəzində mühazirəçi, İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri Ayelet Gal-Tzur Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllim heyəti ilə görüşüb.
Ayelet Gal-Tzur İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzi və Ruppin Akademik Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, nəqliyyat sektorunun tənzimlənməsi üzrə həyata keçirilən işlər və elmi-tədqiqatlar barədə geniş təqdimatla çıxış edib.
Sonra AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov təqdimatla çıxış edib. O, institutda görülən işlər və həyata keçirilən layihələr haqqında qonağa məlumat verib.
Görüş zamanı AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə İsrailin Texnion Universitetinin Nəqliyyat Tədqiqatları İnstitutu, Ruppin Akademik Mərkəzi və İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzi arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər