Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, böyük elmi işçi Azər Qurbanov və kiçik elmi işçi Ülvi Cavadlı Özbəkistanda olublar.
Səfərin ilk iki günü AzTU nümayəndə heyəti Daşkənd Dövlət Nəqliyyat Universitetində (DDNU) “Transproyekt” MMC tərəfindən təşkil olunan “PTV Traffic Suite” proqramı istifadəçilərinin illik görüşündə iştirak edib. AzTU və DDNU-nun nümayəndələri iki universitet arasında logistika və nəqliyyat layihələrinin birgə həyata keçirilməsi üzrə məsələləri müzakirə ediblər.
Daha sonra Özbəkistan Dövlət Yol Polisi İdarəsinin Müşahidə Mərkəzi, Daşkənd Şəhər Hakimliyinin nəzdində Monitorinq Mərkəzi, eyni zamanda, şəhər nəqliyyatının planlaşdırılması üzrə “PTV” Mərkəzinə ekskursiya təşkil olunub.
AzTU nümayəndə heyəti DDNU-nun tədris işləri üzrə prorektoru Abdüləziz Qulamov, elm üzrə prorektoru Said Şaumarov və xarici əlaqələr üzrə prorektoru Baxodır Turayev ilə də görüşlər keçirib.
Görüşlərdə AzTU və DDNU-nun birgə təmsil olunacağı logistika, daşıma prosesinin təşkili, yol hərəkətinin təhlükəsizliyi, elektromobillərin layihələndirilməsi və nəqliyyat koridorlarının problemləri ilə məşğul olacaq elmi-tədqiqat mərkəzinin yaradılması ilə bağlı perspektiv planlar nəzərdən keçirilib.
Səfər çərçivəsində AzTU-nun əməkdaşları DDNU-nun tədris prosesi, universitetin elektromobillərin layihələndirilməsi üzrə laboratoriyaları ilə tanış olub, həmçinin “PTV Traffic Suite” istifadəçisi olan şirkətlərə ekskursiya ediblər.
Tehsil-press.az