Azərbaycanda dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olaraq elm və təhsilin inkişafı ilə bağlı ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Dövlətimizin başçısı çıxışlarında hər zaman Azərbaycan dövlətinin təhsiltutumlu olması ilə bağlı məqamlara toxunur. Bu istiqamətdə həyata keçirilən işlər də Azərbaycanın təhsilli dövlət olmasına, Azərbaycan xalqının bilikli, savadlı xalqlar sırasında yer almasına, həm də elm və təhsilin ölkədə ümumi inkişafın lokomotivi funksiyasını öz üzərinə götürə bilməsinə, bilik iqtisadiyyatının bərqərar olmasına yönəlib. Ölkə başçımız tərəfindən təhsilin inkişafı ilə bağlı mühüm dövlət sənədləri imzalanıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi təhsilimizin inkişafının əsas istiqamət və meyillərini, təhsilin cəmiyyət və dövlətin inkişafında yeri və rolunu düzgün müəyyənləşdirdi, beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri özündə birləşdirdi.
Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin iqtisadi göstəriciləri artdıqca mütəmadi olaraq ölkə təhsilinə ayrılan dövlət vəsaitlərinin artması təmin edilib: “Hazırda dövlət büdcəsində təhsil xərcləri kifayət qədər böyük tutuma malikdir və bu xərclər 10 il ərzində təxminən 2,5 dəfə artıb. Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “təhsil bölməsi” üzrə xərclərin hər il artması bir daha göstərir ki, təhsilə ayrılan vəsaitlər məqsədlidir. Bu, təhsilin bütövlükdə maddi-texniki bazasının gücləndirilməsini, əhalinin keyfiyyətli təhsilə əlçatanlığının təmin edilməsini hədəfləyir. Digər tərəfdən, müəllimlərin sosial müdafiəsinə, xüsusilə tələbələr, magistrant və doktorantların sosial qayğılarının qarşılanmasını və onlara verilən təqaüdün artırılmasını özündə xarakterizə edir. Prezident İlham Əliyevin apardığı siyasətə dəstək olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, ən ucqar bölgələrdə modern səviyyədə təhsil müəssisələrinin yaradılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və ən müasir təhsil avadanlıqları ilə təchiz olunması işləri davam edir. Bu nəcib və humanist işlər davamlı olaraq həyata keçirilir.
Təhsilin qanunvericilik bazasının zaman-zaman yenilənməsi, təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə demək olar ki, təhsilin bütün pillələrini əhatə edən sahəvi qanunlar qəbul edilib. Bu sahəvi qanunlar qəbul olunarkən dünyanın təhsil sahəsində aparıcı, kifayət qədər təcrübəsi olan nüfuzlu dövlətlərin qanunvericiliyi öyrənilir. Qanunvericilik bazasının gücləndirilməsi təhsil islahatlarının daha çevik aparılması, təhsil sistemimizin beynəlxalq təhsil bazasına uyğunlaşdırılması istiqamətində şəraitin yaradılmasına zəmin yaradır.
Artıq ölkəmizdə məktəbəqədər təhsildə əlçatanlığın və əhatəliliyin təmin edilməsi istiqamətində real işlər görülüb. Prezident İlham Əliyevin 2021-ci il 20 dekabr tarixli “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə nazirliyin funksionallığı daha genişləndirildi, təhsilin fərqli qurumlar tərəfindən idarə olunmasına son qoyuldu.
İ.Orucov bildirib ki, direktor vəzifəsində işə qəbulun mərkəzləşmiş formada həyata keçirilməsi istiqamətində görülən işlər yeni nəsil məktəb idarəçilərinin məktəblərə cəlb olunmasına gətirib çıxardı: “Müəllimlərin işə qəbulu (MİQ) prosesində şəffaflıq və obyektivliyin təmin olunması, MİQ-də vahid yanaşmanın ortaya qoyulması, müəllimlərin yerdəyişməsi ilə bağlı prosesin tamamilə elektronlaşdırılması, müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesinin mərkəzləşdirilməsi son illərdə bizim məktəblərimizdə xeyli sayda təhsilli, savadlı və gənc müəllimlərin işə qəbul edilməsi ilə nəticələnib. Bunlar birbaşa təhsilin keyfiyyətinə təsir göstərən vacib amillərdir. Təhsil sistemində keyfiyyətə birbaşa təsir göstərən vacib faktor kimi müəllimlərin diaqnostik qiymətləndirilməsinin (DQ) həyata keçirilməsinə başlanılıb. DQ-nin nəticələrinə görə, əməyin diferensiasiyasını tətbiq etməklə rəqabət və motivasiya mühitini formalaşdırmaq mümkün olacaq. Məzmun islahatlarının dərinləşdirilməsi ilə bağlı yeni dərsliklərin hazırlanması təhsilin keyfiyyətinə təsir edən elementlərdən biridir. Təhsilin məzmun komponenti kimi formalaşdırılan dərslik yaradıcılığı sahəsində dünyanın təhsil tutumlu ölkələrindən olan Sinqapur təcrübəsi hazırda tətbiq edilir. Bu təcrübə tətbiqi və təbiət fənləri üzrə bütövlükdə proqramların yenilənməsi, yeni nəsil dərslik sisteminin formalaşmasının əsasını təşkil edə biləcək. Son dövrlərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar məhz ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən peşə istiqamətlərinin müəyyənləşdirilməsi və gənclərimizin məhz peşə təhsilinə yönəlmələri ilə bağlı kifayət qədər yaxşı işlər ortaya qoyub. Bu sahədə müasir peşə təhsili müəssisələri qurulub, mərkəzlər istifadəyə verilib. Bütün bunlar gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən ardıcıl işlərin, peşə ixtisaslı peşəkar kadr hazırlığına dövlətimizin verdiyi önəmin göstəricisidir. Yeni təhsil müəssisələri olaraq orta ixtisas təhsil müəssisələrinin yaradılması, orta ixtisas təhsil müəssisələrinin universitetlərin bazasında fəaliyyətini davam etdirmələri, subbakalavr məzunlarının qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul olunmaları çox vacib addımlardan biridir”.
İ.Orucov qeyd edib ki, ali təhsil müəssisələrinə qəbulda dövlət hesabına plan yerləri xeyli artırılıb. Dövlətimizin başçısının bu sahəyə olan xüsusi qayğı və diqqəti nəticəsində ali təhsil sisteminin müasirləşməsinə hədəflənmiş “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” təsdiq olundu. Artıq ali təhsilin məzmun və keyfiyyət göstəricisinin yüksək kadr potensialının təminatı məhz bu proqramdan sonra xeyli genişlənəcək. Ali təhsil müəssisələrimizin müasir səviyyədə qurulmasında çox vacib və zamanında verilmiş qərarlardan biri də orada çalışacaq müəllimlərin hazırlanmasına diqqətin artırılmasıdır. Artıq gənclərimizi təhsil səviyyəsi yüksək dünyanın nüfuzlu universitetlərində doktorantura pilləsində təhsil almağa göndəririk. Onları gələcəkdə Azərbaycan universitetlərinə cəlb etməklə universitetlərimizdə keyfiyyətli kadr potensialını təmin edə, ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin yüksəlməsinə nail ola biləcəyik. Bunlarla yanaşı, universitetlərimiz müxtəlif dövlətlərin universitetləri ilə ikili diplom proqramlarını reallaşdırırlar.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı elm və təhsilin inteqrasiyasının təmin olunmasına hədəflənmiş mühüm siyasi qərar idi. Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elmi-tədqiqat institutlarının Elm və Təhsil Nazirliyinin balansına verilməsi elm və təhsilin vahid mərkəzdən idarə olunmasının təmin edilməsi ilə bağlı çox mühüm bir sənəddir. Təhsil və elm tutumlu, yüksək texnologiyalara malik olan ölkələrin təcrübəsində elm və təhsilin vahid platformadan idarə olunmasını görürük. Azərbaycan Milli Elmlər Akademiyasının məhz fundamental tədqiqatlar aparan əsas institutları, elmi-tədqiqat müəssisələri artıq Elm və Təhsil Nazirliyinin balansında fəaliyyət göstərir. Bu, həm də elmlə təhsilin inteqrasiyasının güclənməsi, idarəetmənin vahid mərkəzdən həyata keçirilməsi, elmi tədqiqatların səviyyəsinin artması ilə nəticələnəcək.
Azərbaycan postmüharibə dövrünə qədəm qoyub. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun işğaldan azad etdiyi yaşayış məntəqələrində irimiqyaslı bərpa-quruculuq işlərinin reallaşmasına başlanılıb. Dövlət başçımız tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda həm də yeni qurulacaq şəhər və kəndlərimizdə təhsil infrastrukturunun ən müasir səviyyədə yenidən qurulması nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.
Prezident İlham Əliyevin dövlət başçısı olaraq 19 il ərzində bütün sahələrdə, o cümlədən təhsil sahəsində də ciddi uğurlar əldə edib. Təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları davamlı inkişaf edib. Ölkədə etibarlı iqtisadi inkişafı təmin edəcək yüksək təhsilli peşəkar insan kapitalının inkişafına, mənəvi baxımdan sağlam, milli və ümumbəşəri dəyərlərə sahiblənmiş vətəndaş yetişdirmək missiyasını reallaşdırmağı hədəf götürmüş milli təhsil strategiyamız artıq nəticələrini verir. Azərbaycan xalqı müdrik rəhbərinin ətrafında siyasi birlik nümayiş etdirərək onun başçılığı ilə torpaqlarımızın 30 ilə yaxın müddətdə düşmən əsarətinə son qoydu. Artıq xalqımızın və dövlətimizin həyatında başlayan yeni inkişaf mərhələsində təhsilimiz və elmimiz üçün daha geniş üfüqlər açılır.
Tehsil-press.az