2003-cü ilin oktyabr ayının 1-də müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciətindən: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü il oktyabrın 15-də xalqımız böyük uzaqgörənlik və müdriklik nümayiş etdirərək İlham Əliyevi Prezident seçdi və ölkəmizin gələcəyini ona etibar etdi. Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində hər zaman doğma xalqına arxalanan Prezident İlham Əliyev dövlətimizin bütün sahələrdə uğurlu və davamlı inkişafını təmin etdi, iqtisadi uğurlarımızı güclü infrastruktura çevirdi. Özünün də dediyi kimi, hər zaman xalqın milli maraqlarını hər şeydən üstün tutdu və dəstəyini də hər zaman müdrik Azərbaycan xalqından aldı. Məhz bu səbəbdən də 18 illik tarixi dönəm xalq-lider birliyini, inamını və etimadını daha da artırdı. Bütün sahələrdə uğurlarımızın təməlində bu birlik, inam və etimad dayanır.
Bu fikirləri Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, Prezidentin hər zaman xüsusi həssaslıqla yanaşdığı və diqqətdə saxladığı sahələrdən biri də təhsil sahəsidir. İlham Əliyev hər zaman bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda həmin ölkələrin və xalqların uğurlu gələcəyini təmin edən başlıca faktorun malik olduqları təbii resurslar deyil, məhz təhsil, elm və texnologiyaların səviyyəsi ilə müəyyənləşdiyi aydın görünür. Təhsilə qoyulan investisiyaları artırmaqla biz təhsil və elmtutumlu ölkələrin nail olduğu yeni texnologiyaları əldə etmək, elmi innovasiyalar və inkişaf etmiş təhsilə söykənən rəqəmsal və biliklər iqtisadiyyatı qurmaq və beləliklə də, dövlətimizin davamlı iqtisadi inkişafını və cəmiyyətin yüksək rifahını təmin etmək missiyası hədəfləmiş oluruq. Bu hədəfə çatmaq üçün dövlətimizin başçısı böyük uzaqgörənliklə “qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyasını irəli sürərək təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hər il məqsədli şəkildə artımını təmin edib. Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “təhsil” bölməsi üzrə xərcləri 2003-cü illə müqayisədə 16 dəfə artaraq 3,2 milyard manata yüksəlib. Ölkəmizdə təhsil infrastrukturu demək olar ki, tamamilə yenilənib. 18 il ərzində 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Yeni təhsil müəssisələrinin inşası, əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı istiqamətində görülən işlər hazırda da davam etdirilir. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olub.
İlqar Orucov vurğulayıb ki, təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə mövcud qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla və real vəziyyət təhlil edilməklə inkişafa hədəflənən və konkret dövrləri əhatə edən proqramlar qəbul olunaraq uğurla icra edilib və edilməkdədir.
2005-ci ildə Azərbaycanın Bolonya prosesinə qoşulması Avropa təhsil məkanına inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirilməlidir. Bolonya prosesinin öhdəliklərinin icrası hesabına ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların təsnifatlaşdırılması, ali təhsil müəssisələrinin akkreditasiyası, ali məktəblərdə kredit sisteminin tətbiqi mümkün oldu.
Atılan addımlar məzmun islahatları üçün də əlverişli zəmin yaratdı. 2006-cı ildə təsdiq edilən Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasına (Milli Kurrikulumun) müvafiq olaraq tədris yeni fənn kurikulumlarına müvafiq olaraq təşkil edilib, yeni məzmunda dərsliklər hazırlanaraq istifadəyə verilib və beləliklə, yeni məzmun və tədris proqramlarının tətbiqinə başlanılıb.
Hələ sovet dövründə ulu öndər Heydər Əliyevin müdrikcəsinə əsasını qoyduğu xarici nüfuzlu ali təhsil müəssisələrində gənclərimizin təhsil almaq ənənəsini Prezident İlham Əliyev neft gəlirlərinin artdığı bir vaxtda bu vəsaitlərin bir hissəsini məhz insan kapitalına yönləndirməsi ilə davam etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə ərsəyə gələn “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” neft gəlirlərini insan kapitalına yönəltmək məqsədi daşıyırdı. Bu proqramın məzunlarının böyük əksəriyyəti vətənə qayıdaraq müxtəlif sahələrdə dövlətimizə xidmətlərini göstərməkdədirlər. Xarici ölkələrdə qalaraq işləyən məzunlar barədə də dövlət başçısı humanist münasibət sərgilədi. İndi həmin məzunların hesabına xaricdə intellektual baxımdan kifayət qədər səviyyəli diaspor formalaşa bildi ki, 44 günlük Vətən müharibəsində onların dəstəyini aydın şəkildə hiss etdik.
Xaricdə təhsil almaq ənənəsinin davamı olaraq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni mərhələnin əsasını qoydu. Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərin akademik potensialının gücləndirilməsi nəzərdə tutulurdu.
Təhsil tariximizin ən mühüm hadisələrindən biri 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Qanun ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycan təhsilinin inkişafına xidmət edərək, milli təhsil sistemimizin dünyanın qabaqcıl təhsiltutumlu dövlətlərinin təhsil sisteminə inteqrasiyasını sürətləndirdi.
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanı 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində büdcə vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında həyata keçirilməsinə başlanıldı və dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipini reallaşdırmaq mümkün oldu.
2007-ci il 12 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” (2007-2010-cu illər) ilə Azərbaycanda məktəbəqədər təhsil sisteminin yenidən qurulması mümkün oldu. Son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil edir. İlk dəfə olaraq ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub. Belə ki, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2003-cü ildə 15 faiz idisə, bu göstərici 2020-ci ildə 90 faizə çatdırıldı. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib.
“Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli Sərəncamının icrası dövlət məktəbəqədər təhsil müəssisələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilməsini nəzərdə tutur ki, bu da dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsinə, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcək.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” uğurla icra edilməklə ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan yaradır. Ölkənin davamlı inkişafının təmin edilməsinə töhfəsini verir.
Prezident İlham Əliyev hər zaman müəllim əməyinə yüksək dəyər verir, onların əməyinin stimullaşdırılması, dövlət tərəfindən yüksək mükafatlarla təltif olunması ilə bağlı da ardıcıl qərarlar qəbul edilib. Həmçinin təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlı xarakter alıb.
İlqar Orucov qeyd edib ki, ölkədə təhsilin bütün pillələri diqqətdə saxlanılır. İqtisadiyyatın şaxələndirilməsi, alternativ iqtisadi sahələrin inkişafına təkan vermək üçün peşə təhsili sisteminin yenidən, əmək bazarının tələbləri nəzərə alınaraq qurulması məqsədilə Prezident Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılması haqqında müvafiq Fərman imzaladı. Bu, məşğulluğun təmin olunmasına, iqtisadiyyatın fərqli sahələrində ixtisaslı kadr hazırlığına hədəflənmiş mühüm dövlət sənədidir. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilərək icrasına başlanılıb, qısa müddətdə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafına da əhəmiyyətli diqqət ayrılır, gənclərimizin müasir və keyfiyyətli təhsil almaq imkanları xeyli genişləndirilib. Həm də dövlət sifarişli yerlərin sayının artırılması ilə insanlarımızın təhsilə əlçatanlığına şərait yaradılıb. Bir neçə universitetdə xarici nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarına start verilib.
Dövlət başçısı tərəfindən mütəmadi olaraq tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, təqaüd sisteminin təkmilləşdirilməsi və dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının artırılması və beləliklə, tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində vacib qərarlar qəbul olunur. Həmçinin xüsusi imtiyaz qrupuna daxil olan tələbələrin təhsil haqqı xərcləri birbaşa büdcə vəsaitləri hesabına ödənilir.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində olduqca əhəmiyyətli sənəddir. Artıq fond fəaliyyətə başlayıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması da təhsil tariximizin mühüm hadisələrindəndir. Agentlik təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi, xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması ilə məşğul olur. Habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində uğurlu fəaliyyət nümunəsi ortaya qoya bilib.
“2003-cü ildən dövlətimizə rəhbərliyi dövründə möhtərəm Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətə nəzər saldıq. Bu həssas münasibət ölkəmizin uğurlu inkişafında təhsilin rolunu və yerini düzgün müəyyənləşdirməkdən irəli gəlir. Ümummilli lider Heydər Əliyevin iradəsi və imzası ilə əsası qoyulan nəhəng layihələri onun layiqli davamçısı və siyasi varisi İlham Əliyev uğurla davam etdirərək bütün sahələri, həmçinin təhsil sektorunu inkişaf etdirməkdədir. Prezident hər zaman təhsil işçiləri ilə görüşdə şagirdlərin tərbiyəsinə xüsusi yer verilməsini, milli dəyərlərə, vətənə, xalqa, torpağa bağlı ruhda yeni nəslin formalaşmasını tövsiyə edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçildiyi illərdə orta məktəblərdə oxuyan, təhsil və milli ruhda tərbiyə alan həmin o nəsil məhz onun rəhbərliyi altında misilsiz igidlik nümunələri göstərərək vətən, dövlət və xalq naminə qanlarından və canlarından keçməklə 30 illik işğala son qoydular. Azərbaycana 18 illik rəhbərliyi dövründə Prezident İlham Əliyev ardıcıl və yorulmaz fəaliyyəti ilə ölkəmizi bütün sahələrdə, o cümlədən təhsil sahəsində də Böyük Zəfərə doğru apardı”, - deyə İlqar Orucov qeyd edib.
Tehsil-press.az