“Krım azad ediləndən sonra oradakı Rusiya vətəndaşları qovulacaq”

“Krım azad ediləndən sonra oradakı Rusiya vətəndaşları qovulacaq” “Ukrayna qanunvericiliyini pozaraq işğal olunmuş Krım Muxtar Respublikasına gələn Rusiya vətəndaşları orada qeyri-qanuni qaldıqları üçün oranı tərk etməli olacaqlar”.
Bunu Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva deyib.
O bildirib ki, müvəqqəti olaraq işğal olunmuş əraziyə - Krıma miqrasiya qanunvericiliyini pozaraq gələn Rusiya vətəndaşları ərazilərin azad olunmasından sonra Ukrayna dövlətinin hüdudlarından kənara çıxmalıdırlar:
“İşğal olunmuş ərazilərdə yaşamaq və giriş icazəsi almalı olan əcnəbilərin sayı 500 mindən 800 minə qədərdir. Söhbət krımlı olmayan Rusiya vətəndaşlarından gedir. Onlar Krım ərazisində müvəqqəti yaşayan şəxslərdir. Onların ölkədən çıxarılması tamamilə qanuni prosesdir”.

Tehsil-press.az

Oxşar xəbərlər