Əfqanıstanda soyuqdan 100-ə yaxın insan ölüb

Əfqanıstanda soyuqdan 100-ə yaxın insan ölüb Əfqanıstanda son 7 gündə 97 nəfər soyuqdan ölüb.
Hipotermiyadan ölüm halları ölkənin şimal və cənubunda yerləşən 13 əyalətdə qeydə alınıb. Soyuqlar 25 min başdan çox mal-qaranın tələf olmasına da səbəb olub.
Əhali aclıqdan, işıq və içməli suyun, həmçinin yaşayış evlərinin isidilməsi üçün yanacağın olmamasından şikayətlənir.
Herat və Qəzni əyalətlərində sakinlər təhlükəsizlik qaydalarını pozaraq evlərini qızdırmaq üçün qazdan istifadə edirlər. Bunun nəticəsi kimi, Heratda 140-a yaxın insan dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib, Qəznidə isə 4 nəfər eyni səbəbdən dünyasını dəyişib.
Sinoptiklər Əfqanıstan üçün son dərəcə aşağı temperaturun bu həftənin sonuna qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər