Fransa hərbçilərini Burkina-Fasodan çıxarır

Fransa hərbçilərini Burkina-Fasodan çıxarır Burkina-Faso hökumətinin tələblərini nəzərə alaraq, Fransa bir ay ərzində hərbçilərini bu ölkədən çıxaracaq.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proses iki ölkə arasında 2018-ci ildə imzalanmış müqavilənin Burkina-Faso tərəfindən ləğv edilməsinə uyğun olaraq həyata keçiriləcək.
Hazırda Burkina-Fasoda 400 Fransa hərbçisi xidmət edir. Onlar fevralın sonunadək ölkədən çıxarılacaq. Həbi texnikanın və avadanlıqların çıxarılması isə aprelin sonlarında başa çatacaq.
Qeyd edək ki, ötən həftə Burkina-Faso hökuməti Fransadan hərbçilərini ölkədən çıxarmağı tələb etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər