AzTU-nun əməkdaşları Türkiyə universitetlərində görüşlər keçirib

AzTU-nun əməkdaşları Türkiyə universitetlərində görüşlər keçirib Azərbaycan Texniki Universitetinin (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov, Media ilə iş və kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov və AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli Türkiyədə işgüzar səfərdə olub.
Səfər çərçivəsində İstanbul Universiteti, Yıldız Texniki Universiteti, İstanbul Aydın Universitetində görüşlər keçirilib.
Görüşlər zamanı bu universitetlərin sosial sahələrdəki fəaliyyətləri, o cümlədən tələbə və müəllimlərin sosial həyatı, tələbə təşkilatlarının iş prinsipləri, universitetlərin ictimaiyyətlə əlaqələri barədə geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin universitetlərin kampuslarında mövcud olan texnopark, kitabxana, konqres mərkəzləri, “Klublar vadisi” kimi sosial fəaliyyət məkanlarına baxış keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər