Türkiyədə fırtına və leysan yağışlar Muğlanın Marmaris, Menteşe, Milas və Seydikemer rayonlarında həyata mənfi təsir edib. Sel səbəbiylə Marmaris Körfəzində dənizin rəngi qəhvəyi olub. Bölgədə dəymiş ziyan aradan qaldırılarkən daha böyük təhlükənin olduğu vurğulanıb. Ötən yay meşə yanğınlarına təslim olan və bitki örtüyünün böyük hissəsini itirən Marmaris təpələri yağışı saxlaya bilməyib. Yağışla münbit torpaqların itirilməsi böyük ekoloji problem kimi qarşımızda dayanır. Muğlanın Marmaris, Menteşe, Milas və Seydikemer rayonlarında həftəsonu yağan fırtına və leysan həyata mənfi təsir edib. Leysan yağışları Marmaris, Datça, Seydikemer, Milas, Köyceğiz rayonlarında bəzi yerlərdə daşqınlara səbəb olub. Marmaris mahalının İçmeler rayonunda 2021-ci ildə baş verən meşə yanğınında təpələr üzərindəki meşə sahəsi yanmışdı. Yanan sahədə kəsmə işləri yekunlaşarkən, yağışdan sonra dağlardan axan palçıqlı su dənizin rəngini dəyişib. Bərəkətli torpaq beləcə dənizə tökülür. İllərlə formalaşmış bu münbit torpağı saxlayacaq bitki örtüyünün olmaması, meşələrin qırılma təhlükəsi vəziyyətin ciddiliyini ortaya qoyur.
Tehsil-press.az
Tehsil-press.az