BANM-də Gənclər Günü qeyd olunub

BANM-də Gənclər Günü qeyd olunub SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü qeyd edilib.
Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və tələbələrin iştirak etdikəri tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin 2 fevral - Gənclər Günü ilə bağlı gənclərə müraciətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirə açılış nitqi ilə başlayan BANM rektoru Elmar Qasımov Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini təbrik edib. Dövlət gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən rektor, məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildiyini və o gündən etibarən hər il bu günün təntənəli şəkildə qeyd olunduğunu bildirib. O, həmçinin Prezident İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramının həyata keçirildiyini, bölgələrdə Gənclər Mərkəzlərinin yaradıldığını, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verildiyini vurğulayıb.
Daha sonra “Teknofest” Aerokosmik və Texnologiya festivalında qalib komandaların üzvləri, eləcə də “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunda qalib gələn, həmçinin beynəlxalq və ölkə miqyaslı müsabiqə, yarışlarda qələbə qazanan, mükafat, diplom, sertifikatlara layiq görülən BANM tələbələri mükafatlandırılıblar. Ali Neft Məktəbinin 9 gənc əməkdaşı və müəllim heyəti də mükafatlarla təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər