Şimali Koreya nüvə proqramını kiber oğurluqlarla maliyyələşdirir

Şimali Koreya nüvə proqramını kiber oğurluqlarla maliyyələşdirir 2022-ci ildə Şimali Koreya hakimiyyəti ilə əlaqəli hakerlər müxtəlif hesablamalara görə 630 milyon dollardan 1 milyard dollara qədər virtual aktivlər və kibervalyutalar oğurlayıblar.
"Son aylarda kriptovalyutanın dəyərindəki dəyişiklik bu rəqəmlərə təsir göstərib, lakin hər iki rəqəmlər göstərir ki, 2022-ci il Şimali Koreya tərəfindən virtual aktivlərin oğurlanması üzrə rekord il olub", - BMT-nin hesabatında deyilir.
Hesabat müəlliflərinin fikrincə, KXDR-dən olan kibercinayətkarların istifadə etdiyi üsullar son bir ildə “daha ​​mürəkkəbləşib” və bu, oğurlanmış vəsaitlərin izlənməsini çətinləşdirib. Kiberhücumların əksəriyyəti Şimali Koreyanın əsas kəşfiyyat idarəsinin nəzarətində olan qruplar tərəfindən həyata keçirilib. Yalnız son altı ildə dövlətin nəzarətində olan KXDR hakerləri ümumilikdə təxminən 1,2 milyard dollarlıq onlayn aktivləri ələ keçiriblər.
Hesabatda deyilir ki, vəsaitlər tez-tez anonim şəkildə kriptovalyutalara yatırılır və daha sonra Şimali Koreyanın nüvə və raket proqramlarını maliyyələşdirmək üçün istifadə olunurdu. BMT-nin məlumatına görə, Şimali Koreya 2022-ci ildə 73 ballistik raket buraxıb və getdikcə dünyanı daha açıq şəkildə nüvə silahı ilə təhdid edir.
İyun ayında ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Son Kim demişdi ki, kəşfiyyat məlumatlarına görə, KXDR daha bir, yeddinci nüvə sınağı keçirmək niyyətindədir. Şimali Koreyanın son termonüvə döyüş başlığı sınağı 2017-ci ildə baş tutub.

Tehsil-press.az

Oxşar xəbərlər