Bioloji Təbabət Klinikasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Cihazqayırma mühəndisliyi kafedrasının biotibbi texnologiyalar mühəndisliyi ixtisasının tələbələri - Nazənin Qasımova, Murad Abbasov, Afiq Qasımlı, Tunar Məmmədov və Əmrah Fərziyev iyulun 26-dan avqustun 25-dək Bioloji Təbabət Klinikasında gündəlik kliniki təcrübə keçiblər. Onlar təcrübə zamanı dərslərdə aldıqları nəzəri biliklərin tətbiqetmə metodlarını öyrəniblər. Tələbələr kliniki laboratoriya təhlillərinin hansı cihazlarda və hansı metodlarla aparılmasından başlayaraq plazmoferez, fizioterapiya aparatlarının bütün növləri, oftalmologiya, rentgen, KT, ensefoloqrafiya şöbələrində təcrübə keçməklə bilik və bacarıqlarını artırıblar. Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubov Azİİ-nin məzunu kimi tələbələrin təcrübə keçməsinə xüsusi diqqət göstərib və klinikada onların tibbi-texnoloji təcrübə qazanması üçün geniş imkan yaradıb.
Nəticə olaraq Bioloji Təbabət Klinikasında ADNSU-nun əməkdaşlarının klinikanın rəhbərliyi və həkimlərinin iştirakı ilə keçirilən mükafatlandırılma zamanı ADNSU-nun 5 tələbəsinə sertifikat verilib, 1 tələbənin isə təcrübədən sonra işlə təmin olunduğu diqqətə çatdırılıb. Eyni zamanda, digər təcrübə keçən tələbələrə yeni işlər təklif olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı mükafatlandırma mərasiminə onlayn formatda qoşularaq Bioloji Təbabət Klinikasının rəhbərliyinə təşəkkürünü bildirib və uğurlu təcrübə keçən tələbələri təbrik edib. O qeyd edib ki, ADNSU-da elm və təhsil inkişaf edir, universitetin istehsalat müəssisələri, şirkətlər və dövlət qurumları ilə əməkdaşlığı genişlənir. ADNSU-nun tələbələrinin uğurlu təcrübə keçməsi və işlə təmin olunması universitetin inkişaf strategiyasının mühüm bir hissəsini təşkil edir. Professor M.Babanlı biotibbi texnologiyalar mühəndisliyi ixtisasının hər zaman aktual olduğunu və bu sahə üzrə təhsil alan tələbələrin nəzəri biliklə yanaşı, praktiki bacarığı da inkişaf etdirməsinin vacibliyini vurğulayıb.
Klinikanın həkimləri ADNSU-nun tələbələrinin təcrübə zamanı fəal olduqlarını bildiriblər.
ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova çıxış edərək tələbələrin tədris proqramını keyfiyyətli mənimsəməsini və hazırlıqlı olmasını diqqətə çatdırıb. O, Bioloji Təbabət Klinikası ilə ADNSU-nun əməkdaşlığının davam edəcəyini deyib.
Sonda klinika ilə ADNSU arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az