Azərbaycan Texniki Universitetinin (AzTU) ekologiya mühəndisliyi ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantları Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi, Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi və Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyalarında təcrübə keçirlər.
Magistrantlara texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov “Neft hasilatı sahəsinin ekoloji monitorinqində birbaşa ölçmə nəticələrinin xətasının təyin edilməsi metodikası”, texnika elmləri üzrə fəlsəfə doktoru dosent Qoşqar Əliyev “Neft-qaz hasilatı sahəsində dolayısı ölçmələrdə mütləq və nisbi xətaların tapılması üsulları”, kimya üzrə fəlsəfə doktoru Qurban Hacıyev “Maye karbohidrogenlərin xromatoqrafiq üsulla təyini metodikası” mövzuları barədə məlumat veriblər.
Qeyd edək ki, təcrübə prosesi martın 16-da başa çatacaq.
Tehsil-press.az