Türkiyədəki zəlzələlərdə həlak olan vətəndaşların ailələrinə ölüm təqaüdü veriləcək.
Təqaüd ya birdəfəlik, ya da aylıq ödəniləcək.
Məsələ ilə bağlı Ankara Yıldırım Beyazıt Universitetinin müəllimi Tarkan Zengin danışarkən bildirib ki, əgər ölən şəxs aktiv işçidirsə, ona 1800 gün mükafat şərti tələb olunur:
"Bu şərtlərə əməl etməyənlər üçün birdəfəlik ödəniş təyin edilir. Zəlzələ nəticəsində dünyasını dəyişənlər təqaüdçüdürsə, maaşları heç bir şərt qoyulmadan verilir".
Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən zəlzələdə həlak olanların sayı 42 min 310 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 20-də də yerli vaxtla saat 20:04-də Türkiyədə zəlzələ baş verib. Nəticədə 6 nəfər həyatını itirib, 18-i ağır olmaqla 562 nəfər yaralanıb.
Tehsil-press.az