Akademik Şahin Mustafayev Sultan Baybarsın 800 illiyinə həsr olunan konfransda çıxış edib

Akademik Şahin Mustafayev Sultan Baybarsın 800 illiyinə həsr olunan konfransda çıxış edib Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində “Sultan Baybars və onun türk tarixində yeri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Sultan Baybarsın anadan olmasının 800 illiyinə həsr olunmuş konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev iştirak edib. Akademik tədbirdə çıxışı zamanı Sultan Baybarsın türk xalqlarının görkəmli şəxsiyyətlərindən biri olduğunu vurğulayıb. Qazaxıstanın Sultan Baybarsın 800 illik yubileyini ən yüksək səviyyədə qeyd etməsini müsbət təşəbbüs kimi qiymətləndirən akademik Şahin Mustafayev Sultan Baybarsın fəaliyyətinin Qazax çölü ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, İslam sivilizasiyasının qorunub saxlanmasında bu görkəmli şəxsiyyətin əvəzsiz xidmətləri olub.
Qeyd edək ki, bu konfrans Qazaxıstanda Sultan Baybarsın 800 illik yubileyinə həsr olunan silsilə tədbirlərin birincisi olub. Konfransın əsas məqsədi Sultan Baybars haqqında ən son məlumatları araşdırmaq, onun irsinin gənc nəsil arasında təbliğinə dəstək verməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər