“Saakaşvilinin səhhəti onun şəxsi məsuliyyəti deyil”

“Saakaşvilinin səhhəti onun şəxsi məsuliyyəti deyil” “Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti onun şəxsi məsuliyyəti deyil”.
Bunu BMG telekanalına müsahibəsində Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
O vurğulayıb ki, Aİ Saakaşvilinin səhhəti ilə bağlı çox narahatdır:
“Biz mütəmadi olaraq aidiyyəti şəxslərlə əlaqə saxlayır və onlara xatırladırıq ki, qanunlara, o cümlədən beynəlxalq hüquqa və insan hüquqlarına əməl olunması onların birbaşa vəzifəsidir. Prezident Saakaşvilinin səhhəti onun şəxsi məsuliyyəti deyil, çünki o, həbsdədir”.
Aİ səfirinin sözlərinə görə, bir neçə gün əvvəl təqdim olunan demarş Aİ-yə üzv olan 27 ölkənin hamısının mövqeyini ifadə edir.
O, Gürcüstan hakimiyyətinə xatırladıb ki, onlar “həbs yerlərində insanların hüquqlarını qorumağa borcludurlar”.

Tehsil-press.az


Oxşar xəbərlər