Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) mərhum alim, heykəltaraş, Əməkdar rəssam, professor Albert Mustafayevin 90 illiyinə həsr edilmiş “Susan insanın heykəlləri” filmi nümayiş olunub.
Tədbirdə rektor Gülçöhrə Məmmədova Albert Mustafayev yaradıcılığından və onun AzMİU-dakı fəaliyyətindən danışıb. Rektor qeyd edib ki, AzMİU-nun qurulmasında, inkişafında böyük alimlərin, istedadlı müəllimlərin, o cümlədən Albert Mustafayevin böyük əməyi olub: “Bizim universitetimiz ölkəmizin inşaat və memarlıq üzrə 100 illik ali təhsil ənənəsini özündə birləşdirir. Əvvəl başqa ali təhsil müəssisələrinin tərkibində fakültə, ixtisas kimi, daha sonra isə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişik. Bu gün son 100 ildə yaradılan memarlıq nümunələrinin, tikililərin və qurğuların demək olar ki, hamısının müəllifi bizim məzunlarımızdır. Ona görə deyə bilərik ki, ölkəmizin memarlıq simasını bizim məzunlarımız formalaşdırıb. Əlbəttə ki, onların yetişdirilməsi böyük alimlərin, eləcə də ustad sənətkar Albert Mustafayevin xidmətidir. Hesab edirəm ki, bizim tələbələrimiz üçün ən böyük motivasiyamız onlara Albert Mustafayev kimi ustadları tanıtmaq, təbliğ etməkdir. Əminəm ki, tələbələrimiz keçmişi, təhsil aldıqları ixtisasları formalaşdıran alimləri tanımaqla onların miras qoyduğu ənənəni davam etdirəcəklər”.
Rektor əlavə edib ki, Albert Mustafayev istedadlı müəllim olmaqla yanaşı, həm də ustad, böyük sənətkar olub. O, Bakıda və bölgələrdə bir sıra diqqətəlayiq heykəltaraşlıq nümunələri yaradıb.
Daha sonra Yeganə Əbdülməmmədovanın ssenarisi və rejissorluğu ilə lentə alınan “Susan insanın heykəlləri” filmi izlənilib. Filmin baş prodüseri Namiq Hüseynov, operatoru isə Habil Muğanlıdır.
Qeyd edək ki, Albert Mustafayev 1931-ci ildə Şəkidə doğulub. Orta məktəbi əvvəlcə Şəkidə oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar təhsilini paytaxtda davam etdirib. Təsviri sənətə olan marağı onu Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirib. Bu təhsil ocağını bitirdikdən sonra 1956–1960-cı illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda oxuyub.1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Təsviri sənət kafedrasında assistent və müəllim kimi fəaliyyət göstərib. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki AzMİU) yaradılandan sonra bu təhsil ocağının Təsviri incəsənət kafedrasında baş müəllim, dosent və professor olub.
Sənətkar Bakıda “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvinin, vaxtilə Şuşada Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir. O, həmçinin fotoqraf kimi də fəaliyyət göstərib, ötən əsrin 60–70-ci illərində görkəmli sənətkarlarımızı fotokameranın yaddaşına köçürüb.
Heykəltaraş 1982-ci ildə respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb. Heykəltaraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayev 2021-ci il yanvarın 26-da “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Albert Mustafayev 2022-ci il martın 4-də vəfat edib.
Tehsil-press.az