“Avrasiyanın türkdilli toponimləri” layihəsi həyata keçiriləcək

“Avrasiyanın türkdilli toponimləri” layihəsi həyata keçiriləcək Beynəlxalq Türk Akademiyasında (BTA) bu il “Avrasiyanın türkdilli toponimləri” layihəsi həyata keçiriləcək. Layihənin məqsədi Avrasiya adlı geniş coğrafi məkanda türkköklü yer adlarını bir araya toplamaqla onların ümumi tarixi və linqvistik xüsusiyyətlərini araşdırmaq, qədim zamanlardan bəri davam edən türk dünyasının bütünlüyünü toponimlər vasitəsilə aşkara çıxarmaqdır. Çünki toponimlərimiz dünyanın bir çox yerində tarixi varlığımızın önəmli göstəricisidir.
Bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib.
Ş.Mustafayev qeyd edib ki, Beynəlxalq Türk Akademiyası elmi layihələrini təşkilatın təsis sənədlərində qeyd olunan məqsədlər, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin yekun bəyannamələrində verilən tapşırıqlar əsasında və “Türk Dünyası 2040 vizyonu” adlı sənədin qoyduğu strateji hədəflər istiqamətində həyata keçirir. Bu fəaliyyət dilçilik, tarix, arxeologiya, etnoqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər