Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ötən semestrin imtahan sessiyasında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 10 xanım tələbəni qəbul edib.
Görüşdə rektor vurğulayıb ki, Pedaqoji Universitetin tələbələrinin böyük hissəsini xanım tələbələr təşkil edir və onlar həm tədrisdə, həm də ictimai həyatda yetərincə uğur qazanır, universiteti nüfuzlu elmi və kütləvi layihələrdə, beynəlxalq mübadilə proqramlarında uğurla təmsil edirlər. Tələbə və məzunların uğurlarının sevindirici olduğunu qeyd edən professor C.Cəfərov diqqətə çatdırıb ki, təhsilalanların ixtisas bilikləri ilə yanaşı, İKT və xarici dil səriştələrinin artırılması qarşıda duran mühüm vəzifələrdəndir. Bildirilib ki, eyni zamanda, xanım tələbələrin üzərinə düşən bir vacib missiya da gələcəkdə şagirdlər arasında gender həssaslığını, təhsildə bərabər imkanları təbliğ və təşviq etməkdir.
Rektor əlamətdar bayram və yüksək nailiyyət qazanmaları münasibətilə onlara təşəkkürnamə təqdim edib.
Qeyd edək ki, bu tələbələrin son imtahan sessiyasında ümumi orta müvəffəqiyyət göstəriciləri əsasən 100 bal ətrafındadır.
Tehsil-press.az