Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 66-ya çatıb.
Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Etirazçıların polis istiqamətində pirotexniki vasitələr və Molotov kokteylləri atdığı, nəticədə 50 polis əməkdaşının xəsarət aldığı bildirilib.
Məlumata görə yaralanan polislərdən bəzilərinə cərrahi müdaxilə edilib.
Gürcüstandakı etiraz aksiyalarında daha 10 nəfər saxlanılıb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, ötən gündən saxlanılanların sayı 76-ya çatıb.
Qeyd edək ki, dünəndən başlayaraq Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz ediblər.
Tehsil-press.az