BDU ilə “EBSCO” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

BDU ilə “EBSCO” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “EBSCO” nəşriyyatının MDB ölkələri üzrə direktoru Andrey Sokolovla görüşüb.
Görüşdə E.Babayev qonağa BDU-nun Elmi Kitabxanasının modernləşdirilməsi istiqamətində son illər görülən işlər, bu sahə üzrə kadr hazırlığı barədə məlumat verib. Qeyd edilib ki, BDU alimləri “Web of Science” bazasında məqalə nəşrinə görə Azərbaycan universitetləri arasında ilk yerdədir. BDU-nun Hirş indeksi artıq 55-dir. Rektor bildirib ki, bu sahədə müasir dövrün tələblərinə cavab verən kadr hazırlığını həyata keçirmək üçün BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılıb.
Andrey Sokolov BDU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Qeyd edilib ki, BDU-nun Elmi Kitabxanası oxucularına elm və tədris sahələrinə aid müxtəlif məlumat bazalarından istifadə etmək üçün “EBSCO” şirkəti ilə abunə yazılışını həyata keçirir. Elmi Kitabxana 20 ildir ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində müqavilələr əsasında bu şirkətlə əməkdaşlıq edir və üzv təşkilatlara lazım olan elm və tədris sahələrinə aid onlayn ədəbiyyatı sifariş edir.
Sonra BDU ilə “EBSCO” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər