BDU-nun Elmi Kitabxanası növbəti təlim-seminar keçirib

BDU-nun Elmi Kitabxanası növbəti təlim-seminar keçirib Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olan Azərbaycan Dillər Universiteti üçün “EBSCO –eBooks and eJournals” platformasında axtarış” mövzusunda onlayn təlim-seminar keçirilib.
Təlim-seminarda Azərbaycan Dillər Universitetinin 2022-ci il üçün abunə olduğu 11 mindən çox elektron jurnal kolleksiyasından və cari ilin may ayından etibarən universitetlərin professor-müəllim heyəti, gənc tədqiqatçıları və oxucularına ödənişsiz istifadəyə verilən 218639 elektron kitabdan ibarət “eBook Academic Collection”dan istifadə qaydaları izah olunub.
Təlim-seminar EBSCO şirkətinin təlimçi mütəxəssisi İrina Serjan tərəfindən ingilis dilində keçirilib. Təlim iştirakçılarına elektron kitabları yükləmək, istinadlar haqqında məlumat almaq, yüklənmiş məlumatları müxtəlif dillərə tərcümə etmək, sosial şəbəkələrdə paylaşmaq və s. üsullarla platformadan istifadə imkanları izah edilib.
Sonda İrina Serjan iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər