ADU-da Novruz adətlərinə həsr olunmuş tədbir

ADU-da Novruz adətlərinə həsr olunmuş tədbir Elm və Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Novruz mühazirələri” çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası Magistratura şöbəsi və Azərbaycanşünaslıq Mərkəzi ilə birlikdə “Novruz adətləri” adlı tədbir keçirib.
Tədbirdə çıxış edən professor Sevdagül Əliyeva bildirib ki, Novruz bayramının tarixi çox qədim zamanlara aiddir. Təbiətin oyanması, çərşənbələrin qeyd edilməsi, evlərdə və ictimai yerlərdə bu bayramın çox böyük sevinc hissi ilə keçirilməsi adət-ənənələrimizə hörmətin, milli mənliyimizin təntənəsidir.
AMEA–nın Etnoqrafiya, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev “Novruz astronomik bayramdır” mövzusunda çıxış edib. O, Novruz bayramında yaz gündönümü, gecə-gündüz bərabərliyi, təbiətin tədricən oyanması haqqında geniş elmi məlumat verib.
Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə Novruz çərşənbələri haqqında danışıb.
Magistrantlar Novruz oyunları, mərasimləri və falları, eləcə də Novruzun simvolları haqqında məlumat veriblər.
Tədbirdə tələbələr qədim Novruz oyunlarını nümayiş etdirib, yumurta döyüşdürüb və papaq atıblar. Qaliblərə hədiyyələr verilib.

Tehsil-press.az

Oxşar xəbərlər