Azərbaycan Texniki Universitetində (AzTU) “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib.
Seminar Azərbaycanın Əməkdar mühəndisi, Əməkdar elm xadimi, MDB-nin Əməkdar energetiki, texnika elmləri doktoru, professor, tədris işləri üzrə prorektor Nurəli Yusifbəylinin 60 illik yubileyinə həsr olunub.
Rektor Vilayət Vəliyev yubilyarın Azərbaycanın energetika sektorunun inkişafında göstərdiyi xidmətlər, həyata keçirdiyi uğurlu layihələrlə yanaşı, onun pedaqoji fəaliyyətindən söhbət açıb.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, “Azərenerji” ASC-nin İnsan resursları departamentinin direktoru Natiq Abbasov, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə rəisi Valeh Nəsibov və başqaları Nurəli Yusifbəylinin ölkəmizin enerji sektorunda, o cümlədən “Azərenerji”də həyata keçirilən uğurlu layihələr fonunda gördüyü işlərdən, kadr hazırlığındakı rolundan, eyni zamanda elmi-tədqiqat sahəsində fəaliyyətindən danışıblar.
Çıxışlar zamanı energetika sektorunun ölkə üçün mühüm əhəmiyyəti, bu sahənin inkişafı ilə bağlı universitetlərdə aparılan elmi-tədqiqat işləri, həmçinin müasir innovasiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilib.
Sonda professor Nurəli Yusifbəyli ona göstərilən diqqətə görə təşəkkür edib.
Qeyd edək ki, Nurəli Yusifbəyli 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir.
Tehsil-press.az