Azərbaycan Texniki Universitetində (AzTU) “Energetikanın müasir inkişaf trendləri və texnoloji çağırışlar” mövzusunda beynəlxalq seminar keçirilib.
Seminarda rektor Vilayət Vəliyev Azərbaycanla Polşanın enerji sahəsində əməkdaşlığından danışıb. Bildirib ki, Polşa şirkətlərinin və investorlarının işğaldan azad edilmiş ərazilərdə enerji sahəsində bərpa və yenidənqurma işlərində iştirakı təqdirəlayiqdir. Texnologiyanın inkişaf etdiyi dövrdə enerji sektorunda müasir çağırışlara cavab vermək üçün elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi ilə bağlı universitetlərin də üzərinə məsuliyyət düşür. AzTU ilə Polşanın texniki universitetləri arasında bu istiqamətdə elmi-tədqiqatların aparılması da prioritet məsələlərdəndir. Seminarın işinə uğurlar arzulayan rektor panel iclaslarda enerji sahəsi üzrə verilən təkliflərin hər iki ölkə üçün faydalı olacağına ümid etdiyini deyib.
Sonra çıxış edən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski hazırkı beynəlxalq vəziyyət kontekstində elektrik enerjisi və bərpa olunan enerji sahəsində əməkdaşlıq potensialı ilə bağlı təşkil edilən görüşü yüksək qiymətləndirib. Səfir bildirib ki, enerji sənayesinin peşəkarlarının belə görüşləri sahibkarlar və ölkələr arasında əməkdaşlığın inkişafı üçün gözəl imkanlar yaradır.
Daha sonra AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli “Azərbaycan enerji sektoru: mövcud trendlər və çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizdə enerji sektorunun davamlı inkişafının və onun çevikliyinin təmin olunması istiqamətində mühüm məsələlərdən biridir.
Nurəli Yusifbəyli enerji sektorunda enerji səmərəliyi ilə bağlı qabaqcıl ölkələrin təcrübələri və Azərbaycanda enerji sektorunun müasir trendləri ilə bağlı təhlilləri diqqətə çatdırıb.
Tədbirin ikinci hissəsində Polşadan dəvət olunmuş ekspertlər “ağıllı” texnoloji avadanlıq və onların xüsusiyyətləri, yaşıl enerji texnologiyaları haqqında təkliflərlə çıxış ediblər.
İki gün keçiriləcək beynəlxalq seminar panel iclaslarla davam edir.
Tehsil-press.az