Türkiyənin ilk yerli avtomobili “TOGG” elektromobilinin T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğan Türk millətinin 60 illik xəyalının reallığa çevrilməsinin önəmini vurğulayıb. Ölkənin qüruru olan yerli və milli “TOGG” markasının ilk sifarişini 2019-cu ildə verdiklərini və bu gün ilk avtomobilləri təhvil aldıqlarını vurğulayan dövlət başçısı bildirib: “Türkiyə Yüzilliyinin ilk meyvələrindən olan “TOGG”un bütün millətimizə xeyirli-uğurlu olmasını arzulayıram. “TOGG” ölkəmizin texnoloji inkişafının, iqtisadi yüksəlişinin və qlobal etibarının simvolu olaraq meydana çıxmış, inkişaf etmiş və bugünkü səviyyəyə çatmışdır”.
Xatırladaq ki, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. “TOGG” avtomobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.
Tehsil-press.az