“Heydər Əliyev İli” çərçivəsində ADPU-da YAP Veteranlar Şurasının üzvləri ilə görüş

“Heydər Əliyev İli” çərçivəsində ADPU-da YAP Veteranlar Şurasının üzvləri ilə görüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası üzvlərinin gənclərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndərin universitetin foyesindəki abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.
Görüş YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevin moderatorluğu ilə keçirilib.
YAP İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin bir siyasi xadim və şəxsiyyət kimi bənzərsiz xüsusiyyətləri haqqında söhbət açaraq, onun uzaqgörən bir siyasətçi və lider, vətənini və həmvətənlərini hər şeydən üstün tutan bir vətəndaş, olduqca diqqətcil və qayğıkeş bir insan kimi örnək olduğunu qeyd edib. Vurğulanıb ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bu gün həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.
Görkəmli kinorejissor və ssenarist, Xalq artisti Vaqif Mustafayev gənclərə Heydər Əliyev kimi dahi şəxsiyyətin həyatı haqqında çəkdiyi çoxsaylı filmlər haqqında məlumat verib. Kinorejissor bu məsuliyyətli missiyanı icra edərkən, Heydər Əliyev şəxsiyyətinin bir çox unikal cəhətləri ilə yaxından tanış olaraq, onda olan sonsuz inam, enerji, əzmkarlıq və diqqətcilliyin şahidi olduğunu vurğulayıb.
Daha sonra çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Ümummilli Liderin milli təhsil quruculuğu və Azərbaycan məktəbinin inkişafı ilə bağlı gördüyü işlərdən söz açıb. O, Heydər Əliyevin vaxtilə ifadə etdiyi “Gələcəyimiz bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır” fikrinin XXI əsr müəllim hazırlığında əsas sual olduğunu diqqətə çatdırıb.
Diskussiya ilə davam edən görüşdə qonaqlar gənclərin Heydər Əliyev şəxsiyyəti və irsi ilə bağlı suallarına cavab veriblər.

Tehsil-press.az



Oxşar xəbərlər