Fizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq seminarda iştirak ediblər

Fizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq seminarda iştirak ediblər Fizika İnstitutunun Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının rəhbəri fizika elmləri doktoru, dosent Təranə Nurubəyli, Nanomaterialların tətbiq texnologiyaları laboratoriyasının rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Nahidə Musayeva və Ferromaqnit maddələrinin rezonans spektroskopiyası laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva İtaliyanın Assisi şəhərində keçirilən “Hidrogenlə yüklənmiş metallarda anomaliyalara dair 15-ci beynəlxalq seminarda iştirak ediblər.
Azərbaycanlı alimlərin Assisi şəhərinə ezam olunmasında məqsəd AMEA ilə İtaliyanın elmi qurumları arasında imzalanmış memorandum əsasında həm müəssisələrdə görülən işlərlə yaxından tanışlıq, həm də beynəlxalq seminarda iştirak etmək olub. Alimlərimiz seminara fasilə zamanı bir sıra laboratoriyalarla tanış olub, o cümlədən Fizika İnstitutunun laboratoriyalarında görülən və nəzərdə tutulan işlər haqqında həmkarlarına ətraflı məlumat veriblər.
Görüş zamanı birgə qarşılıqlı işlərin görülməsinə və gələcəkdə müştərək layihələrdə iştiraka dair fikir mübadiləsi aparılıb.
İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti CBC kanalında Azərbaycanla İtaliya arasında həm mədəniyyət, həm idman, həm də elmi münasibətlərin davamı haqqında fikirlərini bölüşüb və dünyanın bir çox ölkələrinin mütəxəssislərinin iştirak etdiyi seminarda Fizika İnstitutunun nümayəndələrinin də qatılması haqqında məlumat verib. Sandro Teti, həmçinin seminarda iştirak edən Azərbaycan və Yaponiya nümayəndələri ilə italiyalı siyasətçi Milli Moratti ilə canlı bağlantı yaradılmasına təşəbbüs göstərib. Fizika İnstitutunun nümayəndələrinin elmi istiqamətləri haqqında danışılıb və 2024-cü ildə bu cür konfransların Bakıda təşkili barədə təkliflər səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər