UniClaD layihəsi çərçivəsində növbəti menecment görüşü

UniClaD layihəsi çərçivəsində növbəti menecment görüşü Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə növbəti menecment görüşü keçirilib.
Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə keçirilən görüşdə layihənin tərəfdaşları tərəfindən görülən işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Layihə çərçivəsində ekspert mərkəzlərinin fəaliyyətinin təşkili və pilot layihələrin işlənməsi ilə bağlı görülən işlərin hesabatı dinlənilib. Komanda heyətinin, magistrant və doktorantların Avropa ölkələrinə öyrədici səfərləri üçün müəyyən edilmiş vaxt qrafiki tərəfdaşlara təqdim olunub.
Qeyd olunub ki, layihə üzrə əlavə tədris materiallarının hazırlanması nəzərdə tutulub. Bununla bağlı 3 mövzu müəyyən olunaraq işlənilməsinə başlanılıb. O da bildirilib ki, layihə çərçivəsində fevralın 21-də tərəfdaş universitetlərin geniş tərkibdə nümayəndələrinin iştirakı ilə “Yaşıl pedaqogika” mövzusunda seminar keçiriləcək.
Görüşdə aprelin 25-29-da səkkiz tərəfdaş ölkədən 24 təşkilatın 60-dək nümayəndəsinin iştirakı ilə Azərbaycan Texniki Universitetində rəhbər komitə iclasının və Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar səfər hazırlıqları da müzakirə olunub.
Sonda tərəfdaşların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər