Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə onlayn formatda menecment görüşü keçirilib.
Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə təşkil olunan görüşdə layihə üzrə fəaliyyətlərin işlənməsi və maliyyəsi ilə bağlı məlumat verilib. Həmçinin layihənin subkomponentlərinin, o cümlədən ekspert mərkəzlərinin yaradılması, fəaliyyətlərin təşkili, pilot layihələrin işlənilməsi vəziyyəti, öyrədici səfərlərin və tələbə mobilliyinin planlaşdırılması, təlim modullarının işlənilməsi ilə bağlı müzakirə aparılıb.
Görüşdə layihə ilə bağlı məlumatlılığın artırılması komponenti üzrə görüləcək işlər geniş təqdimatda müzakirə olunub, fəaliyyətlərin rəqəmsallaşdırılması məqsədilə layihə məlumatlarının QR kodu tərəfdaşlara təqdim edilib.
Qeyd edilib ki, layihə çərçivəsində 2022-ci il fevralın 21-də tərəfdaş universitetlərin nümayəndələrinin iştirakı ilə “Yaşıl pedaqogika” mövzusunda seminarın keçirilməsi planlaşdırılır.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az