Bu diplomatlar Rusiyadan qovulacaqlar - Zaxarova

Bu diplomatlar Rusiyadan qovulacaqlar - Zaxarova ABŞ, Böyük Britaniya və Kanadanın Rusiya cəmiyyətində nifaq və düşmənçiliyi qızışdırmağa yönəlmiş istənilən hərəkətinin qarşısı alınacaq və bu işdə iştirak edən diplomatlar Rusiyadan qovulacaqlar.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Anqlosaksların qızışmış rusofobiyasına qoşulan ABŞ, İngiltərə və Kanadanın, digər qeyri-dost ölkələrin cəmiyyətimizdə nifaq və düşmənçilik salmağa yönəlmiş hər hansı hərəkəti ən qəti şəkildə yatırılacaq, bu işdə iştirak edən diplomatlar Rusiyadan qovulacaq", - Zaxarova qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər