Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri biologiya elmləri doktoru Aydın Əsgərov ustad dərsi keçib.
Əvvəlcə fakültənin dekanı Afət Məmmədova tələbələrə bioloq ixtisasının üstünlüklərindən danışıb. Qeyd olunub ki, bioloqlar canlı orqanizmləri və onların ətraf mühitlə qarşılıqlı əlaqəsini tədqiq edirlər.
Aydın Əsgərov tələbələri Azərbaycanın biomüxtəlifliyi, onun qorunması, geobotaniki tədqiqat metodları və s. barədə məlumatlandırıb. Müasir dövrdə bioloq ixtisasına verilən tələblər izah edilib.
Sonra tələbə və əməkdaşların sualları cavablandırılıb.
Fakültədə laboratoriya dərslərinin keçirilməsi ilə bağlı tələbələrin hazırladıqları videoçarx nümayiş etdirilib.
Tehsil-press.az