Almaniyanın Justis Leibig Universiteti və Naturalis Biomüxtəliflik Mərkəzi BDU ilə əməkdaşlıq edəcək

Almaniyanın Justis Leibig Universiteti və Naturalis Biomüxtəliflik Mərkəzi BDU ilə əməkdaşlıq edəcək Almaniyanın Justis Leibig Universitetinin Heyvanların ekologiyası və sistematikası fakültəsinin dekanı professor Tomas Vilki və Naturalis Biomüxtəliflik Mərkəzinin professoru Frank Vesselingin Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində olublar.
Almaniyalı alimlər BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyevlə gələcək planlar və layihələr barədə müzakirə aparıblar.
Almaniyalı alimlərin Bakıya səfərinin məqsədi Azərbaycanın unikal biomüxtəlifliyini, iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirini öyrənmək üçün bir sıra universitetlərlə, müvafiq istiqamətli elmi-tədqiqat institutları ilə əməkdaşlıq etmək, birgə layihələr həyata keçirməkdən ibarətdir.
Görüşdə BDU ilə Justis Leibig Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi üçün onlayn tədbirlərin təşkil olunması qərara alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər