BDU-da dəyirmi masa: Ornitoloji problemlərin ekoloji aspektləri

BDU-da dəyirmi masa: Ornitoloji problemlərin ekoloji aspektləri Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində görkəmli alim Qara Mustafayevin anım gününə həsr edilən “Ornitoloji problemlərin ekoloji aspektləri” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada fakültənin dekanı professor Afət Məmmədova görkəmli təbiətşünas, biologiya elmləri doktoru, professor Qara Mustafayevin biologiya elminə verdiyi töhfələrdən danışıb, onun fəaliyyətinin gənc bioloqlara örnək olduğunu deyib.
Zoologiya və Fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev görkəmli alim Qara Mustafayevin iştirakı ilə çəkilən “Təbiəti sevənlər” verilişindən fraqmentlər əsasında alimin həyat və fəaliyyəti barədə məlumat verib.
Sonra Azərbaycanda ornitologiyanın müasir vəziyyəti, ətraf mühit dəyişkənliklərinin quşların növ müxtəlifliyinə təsiri və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Dəyirmi masada Qara Mustafayevin yetirmələri Nərminə Sadıqova, Sevinc Hümbətova, Anar Məmmədov, Canbaxış Nəcəfov, Aftandil Musayev, Çingiz Məmmədov, Sevinc Məmmədova gənc doktorant və magistrantlar qarşısında ornitologiyanın müasir problemləri və ekoloji aspektləri barədə çıxışlar ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər