Qazaxıstanlı tələbələr Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər

Qazaxıstanlı tələbələr Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin tələbələri təcrübə keçəcəklər.
Neft və Qaz İnstitutu ilə Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, universitetin Neft-qaz və filiz geofizikası, Neft və qaz geologiyası fakültələrinin II kurs magistrant tələbələrinin bir qismi Neft və Qaz İnstitutunda təcrübədə olacaq. Onlardan 4 nəfəri Ədalət Həsənovun rəhbəri olduğu Neftli-qazlı hövzələrin analizi şöbəsində, digər 4 nəfərisə Lətif Sultanovun rəhbərliyi ilə Neftli-qazlı komplekslərin litologiyası şöbəsində təcrübə keçəcəklər.
Tələbələr təcrübə müddətində geoloji kəşfiyyat və neft-qaz texnologiyaları sahəsində bilik və praktiki bacarıqlar, müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat əldə edəcəklər.

Tehsil-press.az




Oxşar xəbərlər