Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və AMEA YTP-nin rezidenti İNKOR MMC birgə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, NKPİ-də yaradılmış gübrələr, pestisidlər və boy maddələrinin təcrübə-sınaq nümunələri hazırlanacaq, üzüm tinglərinin yetişdirilməsində, üzümlüklərin becərilməsində sınaqdan keçiriləcək. Həmçinin NKPİ-nin analitik cihazlarında kimyəvi reagentlərin, üzüm şirələrinin, şərabların analizi təşkil olunacaq.
Tehsil-press.az