Qazaxıstanın Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin doktorantları AMEA Neft və Qaz İnstitutunda təlim keçəcəklər.
Təlim çərçivəsində institutun mütəxəssisləri neft-qaz mühəndisliyi istiqaməti üzrə bilik və təcrübələrini doktorantlarla bölüşəcəklər. İnstitutun direktor müavini, professor Vaqif Qurbanov və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev doktorantlara elmi məsləhətçi təyin ediliblər. Pandemiya ilə əlaqədar olaraq təlim onlayn formatda həyata keçiriləcək.
İlk onlayn görüşdə iştirak edən institutun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov müəssisənin alimlərinin neft-qaz yataqlarının işlənməsi, istismarı və quyuların qazılması istiqamətində uzun illər ərzində topladıqları bilik və təcrübənin qazaxıstanlı həmkarların elmi fəaliyyəti və eləcə də Qazaxıstanın neft-qaz elminin inkişafı üçün faydalı ola biləcəyini söyləyib. F.Qədirov, həmçinin Qazaxıstan Respublikası üçün elmi kadrların hazırlanmasında iştirak etdiklərindən məmnunluğunu bildirib və həmişə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Tehsil-press.az