Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar.
İnstitutun baş direktoru akademik Vaqif Abbasov tələbələrə elm müəssisəsində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib, onların suallarını cavablandırıb.
Sonra tələbələr Neft və neft emalı məhsullarının analizi, Korroziya inhibitorları və konservasiya materialları, Maye fazada oksidləşmə və Sintetik yağlar laboratoriyaları ilə tanış olublar.
Elmi-tədqiqat təcrübəsi aprelin 28-də başa çatacaq.
Tehsil-press.az