AzTU-da “Sabahın gücü” inkişaf proqramının təqdimatı olub

AzTU-da “Sabahın gücü” inkişaf proqramının təqdimatı olub Azərbaycan Texniki Universitetində (AzTU) Sumqayıt Texnologiyalar Parkının (STP) “Sabahın gücü” inkişaf proqramının təqdimatı keçirilib.
Təqdimat mərasimində STP-nin İnsan resursları departamentinin aparıcı mütəxəssisi Tural Şahbazov, proqramın meneceri Türkan Məmmədova və koordinatoru Günel Musayeva iştirak ediblər.
Əvvəlcə STP-nin hədəfləri, yeni layihələri barədə tələbələrə ətraflı məlumat verilib. Daha sonra “Sabahın gücü” inkişaf proqramı haqqında geniş təqdimat olub. Qeyd olunub ki, “Sabahın gücü” 6-12 aylıq müddəti əhatə edən ödənişli təcrübə proqramıdır. Proqramın məqsədi inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, mühəndisliyin müxtəlif istiqamətləri üzrə insan kapitalına olan ehtiyacın ödənilməsinə töhfə verməkdir.
Tədbir çərçivəsində tələbələrin ümumi dünyagörüşü yoxlanılıb və yüksək nəticə göstərənlər mükafatlandırılıb.
Təqdimatdan sonra inkişaf proqramı ilə maraqlanan tələbələr CV-lərini təqdim edib və onlarla müsahibə aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər