ADA Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanan “Azərbaycanın parlayan incisi” (“Shining Pearl of Azerbaijan”) jurnalının ictimai təqdimat mərasimi keçirilib.
ADA Universitetinin bakalavr tələbələri olan Bəxtiyar Salmanov, İnci Rüstəmova və Əli Məmmədovun birgə müəllifləri olduğu jurnalın əsas məqsədi Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı Şuşa və Qarabağın mədəniyyətinin Azərbaycan mədəniyyətinin bir parçası kimi dünyaya tanıdılması və mədəniyyət beşiyimiz olan Şuşanın milli-mənəvi, musiqi, xalçaçılıq və digər mədəniyyət sahələrinin qeyri-türk dilli icma nümayəndələri üçün ədəbiyyat bazasını artırmaqdır.
Tədbir zamanı ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal ADA Universitetində sosial məsuliyyət və davamlı inkişaf layihələrinə verilən önəmi bir daha diqqətə çatdırıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təmsilçisi Leyla Həsənova və Qazaxıstandan olan ekspert Elvira Tanaquzova isə Şuşanın bütün Türk dünyası mədəniyyəti üçün rolunu vurğulayıblar. Tədbirdə, eyni zamanda, ADA Universitetinin kitabxanasının direktoru və əməkdaşları, müxtəlif ekspertlər, Bakı Kitab Mərkəzinin üzvləri və Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynova da iştirak edərək, Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış gənclər siyasəti haqqında danışıblar.
Sonda isə təqdimat mərasiminin iştirakçıları jurnal və müəlliflər ilə yaxından tanış olublar.
Tehsil-press.az